Yeniyetmə ilə bağlı açıqlama verən baş həkim işdən çıxarıldı
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.
Səhiyyə Nazirliyindən bildirilib ki, Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
Məsələ ilə bağlı A. Rəsulovla əlaqə saxladıq. O, işdən azad olunması ilə bağlı xəbərə “Mən heç nə deyə bilmərəm, bu barədə Səhiyyə Nazirliyindən soruşun”, - deyə reaksiya verib.
Xatırladaq ki, A. Rəsulov ötən gün bir müddət əvvəl xəstəxanaya yerləşdirilən yeniyetmə M.H. ilə bağlı açıqlama vermişdi və onun ruhi xəstə olmadığını, onu “dəlixana”ya salmağın düzgün olmadığını bildirmişdi. Həmçinin həkim xəstəxananın yeniyetməni geri qaytarmaq istədiyini, lakin 3 saylı uşaq evinin müdriyyətinin onu qəbul etmədiyini açıqlamışdı.
A. Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...