Sevindik Hətəmov üçün əlamətdar gün - Salyan İH başçısı yubileyini qeyd edir

04:19 07-04-2023 | icon 987
Sevindik Hətəmov üçün əlamətdar gün - Salyan İH başçısı yubileyini qeyd edir

Bu gün Salyan Rayon İcra Hakmiyyətinin başçısı Sevindik Hətəmovun doğum günüdür.

Vətənimizə, möhtərəm Prezidentimizə sədaqəti ilə seçilən, zəngin təcrübəyə malik, sadəliyi, işgüzarlığı,öhdəsinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməsi ilə fərqlənən səbəbkar yubileyini - 60 yaşını qeyd edir. 

Xatırladaq ki, Hətəmov Sevindik Hacağa oğlu 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub.

O, 1980-cı illdə Güləbird kənd orta məktəbini bitirib. 1980-1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib.
     1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997-1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999-2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.
     2005-2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır .


 Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

Hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq qəbuluna gələn vətəndaşların təkliflərini dinləyib, problemlərinin həllinə böyük qayğı ilə yanaşıb.

Yorulmadan çalışır, zəhmət çəkir. 

Onu tanıyan hər kəsə bəllidir ki, o, yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

Bu gün icra başçısı olduğu Salyan sakinləri də onu bir el ağsaqqalı kimi qəbul edir, sözünü eşidir, dəyərli məsləhətlərinə əməl edirlər.

Demək olar ki, hər gün sakinlərlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə münasibət göstərir.

 Biz də redaksiyamız adından Sevindik müəllimi təbrik edir, yorulmaz və səmərəli fəaliyyətində uğurlar arzu edirik!


Digər xəbərlər

0.25888395309448