UNEC Zaqatala filialında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Bir omrün imzası" adlı tədbir keçirilib
UNEC Zaqatala filialının bir qrup müəllim və fəal tələbələri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar,Zaqatala şəhərinin Mərkəzi Kitabxanasında " Bir omrün imzası" adlı tədbir keçirmişlər.
Tədbir öncəsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və Respublikamın müstəqilliyi uğrunda canlarını fəda edən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutlayad edilmişdir.
Sonra Mərkəzi Kitabxananın müdiri Leyla Məmmədova filialın əməkdaşlarini salamlamış,giriş uçün sözü filialın direktoru müavini dosent Həqiqət Qədimovaya vermişdir.
Həqiqət Qədimova çıxışında qeyd etmişdir ki, 2023 cü il may ayının onunda Azərbaycan xalqının Ümummilli Lideri,müstəqil Azərbaycan dövlətinin qurucusu,görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının yüz ili tamam olur.
H. Qədimova bildirib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi- siyasi sınaqlardan uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovusdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasinın işığında qədəm qoymuşdur. Davamlı yuksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Daha sonra filialın " İqtisadiyyat və idarəetmə" kafedrasınin baş müəllimləri - Qüdrət Qırtımov, Camal Arıxov və filialın əməkdaşı Gulnigar Məmmədova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə özunün qeyri- adi idarəçilik bacarığı,polad iradəsi və yüksək vətənpərvərliyindən söz açıblar.
Tədbirdə iştirak edən gənc tələbələr Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını xatırladıblar.
Tədbirin yekununda Mərkəzi kitabxanada Heydər Əliyevə həsr həsr olunmuş sərgi ilə tanışlıq keçirilib və ulu öndərin portreti Kitabxanaya hədiyyə olunub.
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...