“Qəbələ” “Zirə”ni məğlub etdi

22:41 07-04-2023 | icon 1015
“Qəbələ” “Zirə”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

Turun açılış oyununda “Qəbələ” klubu “Zirə”ni qəbul edib.

Qəbələ şəhər stadionunda oynanılan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda “Qəbələ”nin heyətində Roman Maçado və Ruan Renato fərqləniblər. “Zirə”nin qolunu isə Eldar Quliyev vurub.

Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Qəbələ” “Zirə”ni qabaqlayaraq dördüncü pilləyə yüksəlib. Otuz səkkiz xalı olan paytaxt klubu isə beşinci sıraya geriləyib.

Qeyd edək ki, turun "Səbail" - "Sabah" və "Sumqayıt" - "Neftçi" oyunları aprelin 8-də, "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları isə ertəsi gün keçiriləcək.


Digər xəbərlər

0.23547983169556