Qaradağda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda konfrans - Fotolar

21:26 11-04-2023 | icon 685
Qaradağda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda konfrans - Fotolar

Aprelin 4-də Qaradağ rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyətinin başçısının müavinləri və şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 
 
 

Süleyman Mikayılov Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində bu tədbirin keçirilməsinin mühüm olduğunu vurğulayıb: “Milli mənəvi dəyərlərimizə diqqət qayğı göstərən, onlara yüksək qiymət verən Ulu Öndərimiz dilimizin də qorunmasına və inkişafına daim həssaslıqla yanaşıb. Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoyub.

Sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul etmişdir. Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı 1995-ci ildə keçirilən müzakirədə Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbayan Respublikasının Dövlət dili kimi təsbit olundu”.

 

 



Digər xəbərlər

0.32077717781067