Qaradağda şəhid ailələri və qazilərlə görüş - Fotolar
Aprelin 2-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü ilə əlaqədar Qaradağ rayonunda Vətən müharibəsinin şəhid ailələri və qaziləri ilə görüş keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, idarə, müəssisə, təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsini rəisi iştirak ediblər.
Süleyman Mikayılov çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi qələbədən danışıb, zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğunu bildirib.
Qeyd olunub ki, Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında Qaradağ rayonunun igid oğullarının da əməyi az olmayıb.
Görüş zamanı şəhid ailələri və qazilər dinlənilib, mövcud problemlər müzakirə edilib və qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll edilib, digərlərinin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...