Müttəfiqlik münasibətlərinin yeni üfüqləri

13:13 13-04-2023 | icon 598
Müttəfiqlik münasibətlərinin yeni üfüqləri

       Müstəqillik dövründən bəri yüksəlişdə olan Azərbayan-Qazaxıstan münasibətlərinin daha da inkişafı üçün tarixi fürsət yaranıb. Öz regionlarının lokomotivləri hesab edilən hər iki ölkə təxminən 30 il ərzində siyasi, iqtisadi, mədəni və humanitar inkişafda böyük rol keçib, mühüm nəticələr əldə edib.  Bu  münasibətlər Orta Asiya və Cənubi Qafqaza regionunda iqtisadi-siyasi baxımdan təyinedici münasibətlərdir.

         Dövlətimizin başçısı Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Türk dövlətləri arasında Qazaxıstanla əlaqələr mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Qazaxıstan liderlərinin sıx münasibətləri ölkələr arasında ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

        Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, keçirilən görüşlərdə əldə olunan razılaşmalar Azərbaycan-Qazaxıstan münasibətlərini yeni inkişaf istiqamətlərini müəyyənləşdirir, dərin köklərə malik iki türk dövlətini bir-birinə daha sıx bağlayır. Hər iki ölkə bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə dövlətlərimizin mövqeləri üst-üstə düşür.

       Səfər zamanı tərəflər arasında imzalanan sənədlər qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Kənd təsərrüfatı sahəsini xüsusi qeyd edən Qazaxıstan Prezidenti diqqətə çatdırıb ki, burada iki ölkə bir-birini qarşılıqlı tamamlayır. Qazaxıstanın taxıl, buğda, kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda Azərbaycandan Qazaxıstana kənd təsərrüfatı məhsullarını, yəni, meyvə-tərəvəz məhsullarını idxal etməyə ehtiyac var.

Qazaxıstanla yaxın münasibətlər Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün faydalıdır. Nəqliyyat dəhlizi Qazaxıstan və Azərbaycan üçün Mərkəzi Asiya, Avrasiya İqtisadi İttifaqı ölkələri və Çin bazarlarına çıxışdır. Çin dünyanın ən mühüm iqtisadiyyatlarından birinə malikdir.

        Azərbaycanla Qazaxıstan iki dost, qardaş və strateji tərəfdaşlıq münasibətləri olan ölkələrdir. Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasındakı qarşılıqlı etimad, dostluq münasibətlərinin ən yüksək səviyyədə olmasını şərtləndirir.Buna görə də Azərbaycan- Qazaxıstan münasibətlərinin və əməkdaşlığının inkişafı perspektivlidir.     

 

Əfrahim Abbasov,

Cəlilabad şəhər sakini, YAP və Əmək veteranı


Digər xəbərlər

0.25651693344116