Avropa çempionatına gedəcək güləşçilərimiz açıqlandı

21:05 14-04-2023 | icon 625
Avropa çempionatına gedəcək güləşçilərimiz açıqlandı

Aprelin 17-dən 23-dək Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı keçiriləcək.

Bu gün qitə birinciliyində ölkəmizi təmsil edəcək milli komandaların heyəti açıqlanıb.

Yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) uğur qazanmağa çalışacaq.

 
 

Aprelin 19-21-də qadın güləşçilər xalça üzərinə çıxacaq. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis Manolova (65 kq) və Nigar Mirzəzadə (68 kq) ölkəmizi təmsil edəcək.

Çempionatın son günlərində yunan-Roma güləşçiləri çıxış edəcək. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) AÇ-də mübarizə aparacaq.

Qeyd edək ki, qitə birinciliyində I-S kateqoriyalı hakimlərimiz Asif Şirəliyev, Sədi Quliyev və İntiqam Alıyev ədaləti qoruyacaq.


Digər xəbərlər

0.27210807800293