Səttar Möhbalıyev: “Ermənistanın hər hansı beynəlxalq tədbirə ev sahibliyi etməsi hələ çox tezdir”

15:49 15-04-2023 | icon 596
Səttar Möhbalıyev: “Ermənistanın hər hansı beynəlxalq tədbirə ev sahibliyi etməsi hələ çox tezdir”

“Aprelin 14-də Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılışında
Dövlət Bayrağımızın özü də rəsmi akkreditasiyadan keçmiş şəxs tərəfindən
yandırılması birbaşa barbarlıq əməlidir. Belə hərəkətlərlə aydın görünür ki,
Ermənistan sivilzasiyadan hələ xeyli uzaqdır. Bu ölkənin hər hansı beynəlxalq
tədbirə ev sahibliyi etməsi çox tezdir. Ona görə də beynəlxalq təşkilatlar bunu
nəzərə almalıdır. Azərbaycan saysız-hesabsız bundan da daha mötəbər idman
yarışlarını nümunəvi şəkildə keçirib, heç bir xoşagəlməz hadisə baş verməyib.
Dünyanın idman ictimaiyyəti də bunu həmişə etiraf edib”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan uzun illər bu ölkəni sülhə dəvət etdi, amma onlar
işğalçı, xain xislətlərindən əl çəkmədilər, getdikcə hədlərini daha çox aşdılar: “Bu
gün də onlar masa arxasında əyləşib danışıqlar aparmaq, sülhə gəlmək
mədəniyyətində deyillər. Həmçinin Ermənistan cəmiyyətində birmənalı şəkildə
etnik nifrət, rasizm, Azərbaycanofobiya düşüncəsi tüğyan edir. Onların beyinləri
tamamilə zəhərlənib. Bu səbəbdən idi ki, ötən gün bayrağımızı yandıranı
iştirakçılar utanmadan alqışladılar. Sosial şəbəkələrin erməni seqmentində hətta
onu qəhrəman kimi təqdim edirlər. Hadisənin daha diqqət çəkən tərəfi isə həmin
açılış mərasimində Ermənistanın baş naziri, digər rəsmi şəxsləri iştirak edir və
onların gözü qarşısında bu hadisə törədilir. Bu kimi hallar onların dayaz
mahiyyətini ortaya qoyur”.
AHİK sədri əlavə edib ki, Azərbaycan idmançılarının yarışlarda iştirakdan imtina
etməsi tamamilə düzgün qərardır, çünki çox zəif təşkil edilib və təhlükəsizliyə heç
bir təminat yoxdur.


Digər xəbərlər

0.30513000488281