Azərbaycan əhalisinin sayı açıqlandı

20:21 17-04-2023 | icon 925
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10135373 nəfər təşkil edib.

 
 

Bildirilib ki, burada Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisnadır.  Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür.


Digər xəbərlər

0.23518800735474