Sabah bəzi yerlərdə 25° isti olacaq
Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.
Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava üstün olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21°, bəzi yerlərdə 23-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...