Səttar Möhbalıyev: “Neftçala və Salyanda görülən işlər məşğulluğa mühüm töhfə olacaq”

21:03 19-04-2023 | icon 922
Səttar Möhbalıyev: “Neftçala və Salyanda görülən işlər məşğulluğa mühüm töhfə olacaq”

“Bu gün Şərqi Zəngəzur və Qarabağla paralel ölkəmizin digər regionlarında da
əhəmiyyətli işlər görülür, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, iri
sosial infrastruktur layihələrinin icrası təmin edilir, həmçinin yeni müəssisələr və iş
yerləri yaradılır. İnfrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində
dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
şəxsən iştirak edir, istehsal müəssisələri ilə tanış olur, müvafiq göstərişlər verir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan
rayonlarına son səfərləri də bu baxımdan məhsuldar oldu, müəssisə və obyektlərin,
infrastruktur layihəsinin açılışını etdilər, yaradılmış şəraitlə tanış oldular. Görülən
bütün işlər bilavasitə sakinlərin məşğulluğunun artmasına, rifahının yüksəlməsinə,
sosial vəziyyətin yaxşılaşmasına, bir sözlə, həmin rayonların hərtərəfli inkişafına
səbəb olacaq”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsi
zamanı bir sıra vacib məqamlardan söz açıb. Şərqi Zəngəzurun və Qarabağın
bərpası dövlətimizin əsas diqqətində olan məsələlərdəndir. Hazırda həmin
ərazilərdə sistemli və ardıcıl şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir. Əsas
hədəf sakinlərin tez bir zamanda ata-baba yurduna qayıtması, orada məskunlaşması
və xoşbəxt yaşamasıdır. Bunun üçün dövlətimiz bütün zəruri addımları atır. Həm
də qürurla deyə bilərik ki, Ağalı və Talış kəndlərinə sakinlər qayıdıb və orada
yaradılan şərait göz qabağındadır. İnanırıq ki, işğaldan azad olunan bütün
ərazilərimiz dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu cür
bərpa ediləcək və sakinlər yerləşdiriləcək”, - AHİK sədri bildirib.

“Müsahibəsində Prezidentimiz hərbi xərclər məsələsinə də toxundu. Bildiyimiz ki,
böyük qələbəyə imza atan Azərbaycan Ordusu günü-gündən güclənir. Ölkəmizdə
dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli
maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Öz zavodlarımızda
istehsal olunan hərbi təyinatlı məhsullarla Ordumuz əhəmiyyətli dərəcədə təchiz
edilir. Həmçinin bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq
əlaqələri genişləndirilir, silah və hərbi texnikalar alınır. Bu, bir daha onu göstərir
ki, Ordumuzun qüdrəti durmadan artır. Təbii ki, Azərbaycanın yerləşdiyi coğrafiya
xeyli mürəkkəbdir, maraqlar toqquşur. Bu səbəbdən Azərbaycan Ordusunun daha
da güclü olması əsas şərtdir”, - Milli Məclisin deputatı vurğulayıb.

“Ermənistanla sülh danışıqları məsələsində dövlətimizin başçısı aydın şəkildə
bəyan etdi ki, “Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh
müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki,
Qarabağ Azərbaycandır”. Məncə, Prezidentimizin bu təklifi Ermənistan üçün ən
doğru seçim olardı. Onların mənasız və boş xəyallarının gerçəkləşməsi qeyri-
mümkündür. Heç bir şansları qalmayıb, ədalət Azərbaycanın tərəfində, hərbi güc
də həmçinin. Odur ki, yeganə çıxış yolu qalib Azərbaycanın müəyyən etdiyi
şərtlərlə sülhə gəlməkdir. Qarabağda yaşayan ermənilər də Azərbaycan
vətəndaşlığını qəbul edərək separatizmdən xilas olmalıdırlar. Anlamalıdırlar ki,
Azərbaycan ərazisində yaşayırlar və başlarının üzərində Azərbaycan bayrağı
olmalıdır. Əks təqdirdə, Prezidentimizin ifadə etdiyi kimi, özləri üçün başqa
yaşayış yeri tapmalıdırlar”, - Səttar Möhbalıyev əlavə edib.


Digər xəbərlər

0.25511288642883