“Turan Tovuz” “Neftçi”ni məğlub etdi

21:06 19-04-2023 | icon 925
“Turan Tovuz” “Neftçi”ni məğlub etdi

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin daha bir ilk oyunu baş tutub.

Bu oyun da əyalətdə keçirilib.

“Turan Tovuz” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, ilk yarımfinal görüşündə “Qəbələ” “Səbail”ə 3:2 hesabıyla qalib gəlib.

Azərbaycan kuboku
Yarımfinalın ilk oyunu
19 aprel

“Turan Tovuz” – “Neftçi” 1:0
Qol: D.Marandiç, 74.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov.
Tovuz şəhər stadionu, 16:00.


Digər xəbərlər

0.26464605331421