Cümşüd Nuriyev Tahir Məmmədov və şöbə müdiri Mərdan Nəhmətovdan üzr istədi - Video

22:55 20-04-2023 | icon 1648
Cümşüd Nuriyev Tahir Məmmədov və şöbə müdiri Mərdan Nəhmətovdan üzr istədi - Video

Bir müddət əvvəl Şamaxının İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və şöbə müdiri Mərdan Nəhmətov barəsində ittihamlar səsləndirən politoloq Cümşüd Nuriyev onlardan üzr istəyib.

O, bu barədə “Reaksiya TV”dəki çıxışında bildirib. Politoloq səsləndirdiyi fikirlərdə yanlışlıq olduğunu deyib:

“Məhkəmə prosesində bir sıra xüsusatlar təsdiqini tapmadı. Vəkil Elvin Əliyev də bunu gündəmə gətirdi.

 
 

Tahir Məmmədovun və şöbə müdiri Mərdan Nəhmətovun nüfuzuna, imicinə xələl gətirmişəmsə, üzr istəyirəm. Fikirlərimi təkzib edirəm. İnanıram ki, qarşı tərəf də bundan sonra sülh prosesini davam etdirər”.

Qeyd edək ki, Cümşüd Nuriyevin bir müddət öncə mətbuata açıqlamasında Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədovu və şöbə müdiri Mərdan Nəhmətovu yeyintidə, rüşvətlə vəzifəyə təyin etməkdə ittiham etmişdi. Bundan sonra qarşı tərəf C.Nuriyevi məhkəməyə vermişdi.

Xatırladaq edək ki, C.Nuriyev 1990-cı illərin əvvəllərində Gömrük Komitəsi sədrinin birinci müavini, Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri, eləcə də Kənd təsərrüfatı və ərzaq nazirinin müavini vəzifələrində çalışıb.

 

 
 
 

Digər xəbərlər

0.24228405952454