Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey təhsildə böyük uğurlar qazanır 

17:35 25-04-2023 | icon 1427
Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey təhsildə böyük uğurlar qazanır 

Son illər dövlətin diqqət və qayğısı sayəsində Azərbaycan təhsili yüksək inkişaf dövrünü yaşayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər təhsil sistemində uğurlu islahatlar aparılmış, təhsil ocaqlarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. 

Uğurlu təhsil strategiyası, islahatlar, qəbul edilmiş proqram, qərar və sərəncamlar bu sahədə ciddi keyfiyyət dəyişiklikləri yaradıb, nailiyyətlər qazanılmasında həlledici rol oynayıb.

Görülmüş tədbirlər nəticəsində milli təhsilimizin maddi-texniki bazası daha da möhkəmləndirilib, müasir tələblər səviyyəsində yenidən qurulub, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində ciddi addımlar atılıb.

Şübhəsiz, bu nəticələrin əldə olunmasında təhsilin səmərəliliyinin artırılması məqsədilə tədris şəbəkələrinin genişləndirilməsi, paytaxt və iri şəhərlərlə yanaşı, bölgələrdə də təhsilə qayğı önəm daşıyıb.

Qeyd edək ki, Azərbaycanda təhsilə qayğı, müəllimlərin hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən də hər zaman diqqət mərkəzində saxlanılıb.

Müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Alimləri, həkimləri, şairləri, neçə-neçə sənət adamlarını göylərə ucaldan müəllim peşəsi... Bu gün müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir.

Dünyanın yaranışından bu günə qədər cəmiyyətlərin inkişafında müəllimin rolu əvəzedilməzdir desək, bəlkə də yanılmarıq. Çünki, nəzərə alsaq ki, müəllim ilk növbədə həm də valideyndir və ailədə uşaqların tərbiyəsi ilə bilavasitə məşğul olur, o zaman, müəllimin xalqın gələcəyi sayılan gənc nəslin formalaşmasındakı rolu hər birimizə aydın olar. Digər tərəfdən, tarixdə bir sıra faktlar var ki, həlledici məqamlarda müəllimlərin hər hansı bir məsələyə müdaxiləsi olduqca mühüm əhəmiyyətə malik olub. Bu, Azərbaycan tarixində də var. Xalqımızın dövlətinin varlığını qorumaq üçün yüksək səviyyədə çıxış edən müəllimlərimiz olub.

Belə şəxslərdən biri də təcrübəli pedaqoq, ziyalı bir insan, "Qabaqcıl təhsil işçisi" , Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin direktoru Aidə İsmayılovadır.

Aidə müəllimin rəhbərlik etdiyi Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey də nümunəvi təhsil müəsəssidir.

Burada verilən keyfiyyətli təhsil də buna bariz nümunədir. Azərbaycan prezidentinin təhsil ocaqlarının yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada də yenidənqurma işləri həyata keçirilib, ən müasir avadanlıqlarla təchiz olunub.

Görülən işlər nəticəsində burada təhsilalanların yüksək təhsil alması, pedoqoji kollektivin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Aidə İsmayılova burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Xatırladaq ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey 1990-cı ildə “İstedadlı şagirdlər üçün ixtisaslaşdırılmış məktəb” kimi fəaliyyətə başlamışdır. 1991-ci ildə qazandığı ilk uğurlar nəzərə alınaraq ona lisey statusu verilmişdir. Hazırda lisey təbiət – riyaziyyat və humanitar elmlər təmayüllüdür. Liseydə bu gün 1048 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 79 nəfər müəllim məşğul olur. Müəllimlərin 30%-ə yaxını ali məktəbləri fərqlənmə diplomu ilə bitirmişdir. Şağirdlərə dərs deyən müəllimlərin 5 nəfəri liseyin öz məzunlarıdır.

Aidə İsmayılovanın dediklərinə görə, lisey uzun illərdir bölgənin, bütövlükdə regionun ictimai-siyasi həyatında müstəsna rol oynayır.

Möhkəm maddi-texniki bazaya malik sözügedən təhsil ocağı kadr potensialına, təlim-tərbiyənin səviyyəsinə görə
respublikanın qabaqcıl pedaqoji kollektivlərindən birinə çevrilib.

2022/2023-cü tədris ilinin buraxılış imtahanlarında liseyin 17-i şagirdi 200-dən yuxarı bal toplayaraq yüksək nəticə qazanıblar.

Müəllim - şagird münasibətlərində qarşılıqlı inam başlıca meyara çevrilib. Nəticədən müəllimlər də razı qalır, şagirdlər də, valideynlər də...

Əlbəttə, bütün bunlar kollektivdə nizam-intizamın, məsuliyyət hissinin gücləndirilməsi, tədris prosesinə tələbkarlığın
artırılması hesabına mümkün olub. Bir sözlə, burada hər kəs məsuliyyətlə çalışır, cəmiyyətə layiqli vətəndaş hazırlanması üçün əlindən gələni əsirgəmir.

Bütün bunların nəticəsidir ki, liseyin nüfuzu ilbəil yüksəlir.

Aidə müəllimə söhbətinin davamında bildirib ki, liseydə təlim- tərbiyə sahəsində qazanılan uğurlarda keçirilən mədəni-kütləvi tədbirlərin də təsiri böyükdür.

Tarixi günlər, bayramlar, əlamətdar hadisələrlə əlaqədar təşkil olunan mərasimlər, ədəbi-bədii gecələr, konsert proqramları, konfranslar, yaradıcı insanlarla görüşlər bu baxımdan diqqəti çəkir.


Digər xəbərlər

0.24521112442017