Qaradağda tibbi aksiya keçirildi - Fotolar

00:07 27-04-2023 | icon 619
Qaradağda tibbi aksiya keçirildi - Fotolar

Aprelin 26-da Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonun aztəminatlı ailələrinin uşaqları üçün Qaradağ Tibb Mərkəzində (Qobustan qəsəbəsi) xeyriyyə məqsədi ilə tibbi aksiya keçirilib.

Aksiyada iştirak edən rayon sakinləri bu addımı sevinc hissi ilə qarşılayıblar.

 
 

Valideynlər onların övladlarına göstərilən diqqət, qayğı və həssaslığa görə öz minnətdarlıqlarını bildiriblər.

Uşaqlar ilkin olaraq tibbi müayinələrdən keçirilib, daha sonra əməliyyat otağına aparılıblar. Əməliyyat xəstəxananın həkim - cərrahları tərəfindən, tam steril şəraitdə icra edilib.

Aksiyada 50-yə yaxın balaca sakin sünnət olunub. Uşaqlar tam sağalana qədər həkimlərin nəzarətində olacaqlar.

 

 





Digər xəbərlər

0.25412583351135