Saatlı rayonunda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda  Uşaq Yaradıcılıq Festivalı keçirilib

20:20 04-07-2023 | icon 678
Saatlı rayonunda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda  Uşaq Yaradıcılıq Festivalı keçirilib

 24 iyun 2023-cü il tarixdə Saatlı Gənclər Evi sosial xidmət müəssisəsində Saatlı Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsi Təhsil sektorunun, Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı nümayəndəliyinin, Gənclər Evi sosial xidmət müəssisəsinin birgə  təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda  Uşaq Yaradıcılıq Festivalı keçirilmişdir.

          Festivalda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev və rayonun idarə, müəssisə təşkilat rəhbərləri, eyni zamanda rayonun fəal gəncləri iştirak etdilər.

            Festivalda istedadlı uşaqların müxtəlif sənət sahələrini əhatə edən əl işlərindən ibarət sərgiləri təşkil olundu.

           Festival uşaqların bir-birindən maraqlı rəqs və musiqi nömrələri ilə davam etdirildi. Sonda festivalın təşkilində fəallıq göstərən şəxslər, xüsusi istedadı ilə fərqlənən uşaqlar və onların nümayəndələri rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olundular.


Digər xəbərlər

0.21616196632385