Saatlı rayonunda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda Uşaq Yaradıcılıq Festivalı keçirilib
24 iyun 2023-cü il tarixdə Saatlı Gənclər Evi sosial xidmət müəssisəsində Saatlı Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsi Təhsil sektorunun, Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı nümayəndəliyinin, Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda Uşaq Yaradıcılıq Festivalı keçirilmişdir.
Festivalda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev və rayonun idarə, müəssisə təşkilat rəhbərləri, eyni zamanda rayonun fəal gəncləri iştirak etdilər.
Festivalda istedadlı uşaqların müxtəlif sənət sahələrini əhatə edən əl işlərindən ibarət sərgiləri təşkil olundu.
Festival uşaqların bir-birindən maraqlı rəqs və musiqi nömrələri ilə davam etdirildi. Sonda festivalın təşkilində fəallıq göstərən şəxslər, xüsusi istedadı ilə fərqlənən uşaqlar və onların nümayəndələri rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olundular.
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...