DTX-dan Gömrük Komitəsinə qarşı uğurlu "əməliyyat" - 2-0 

16:15 01-05-2023 | icon 1161
DTX-dan Gömrük Komitəsinə qarşı uğurlu
Aprelin 30-da dövlət qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində yarımfinal oyunları keçirilib.
 
Bakı Tennis Akademiyasında baş tutan ilk qarşılaşmada Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsi komandasına 2:0 hesabı ilə qalib gəlib.
 
Fövqəladə Hallar Nazirliyi və SOCAR qarşılaşması daha gərgin idman mübarizəsində keçib. Oyunun əsas vaxtında qalib müəyyən olunmayıb – 0:0. Penaltilər seriyasında daha dəqiq olan (3:2) FHN komandası final oyununa vəsiqə qazanıb.
 
Beləliklə, mayın 7-də keçiriləcək final oyununda Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyi komandaları qarşılaşacaqlar.
 
Dövlət Gömrük Komitəsi və SOCAR komandaları isə 3-cü yer uğrunda mübarizə aparacaqlar.

Digər xəbərlər

0.23430991172791