AHİK tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib

19:08 04-05-2023 | icon 650
AHİK tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən xalqımızın
xilaskar oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə
“Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda tədbir keçirilib.
Öncə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri və
əmkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla
yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin
iştirakçılar görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan
Əliyevin məzarları üzərinə gül dəstələri düzüblər.
Sonra Bakı Konqres Mərkəzində tədbir başlayıb.
Prezident Administrasiyasının Qeyri Hökumət Təşkilatları ilə İş üzrə
Kommunikasiya şöbəsinin əməkdaşı Əli Pənahov, Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Naxçıvan Muxtar
Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da tədbirdə
iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, Dövlət Himni səslənib. Ardınca Ümummilli Liderin siyasi
fəaliyyətindən və həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan bəhs edən
videoçarx nümayiş olunub.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək Heydər
Əliyevin həyat və siyasi fəaliyyətindən, həm sovet, həm də müstəqil Azərbaycana
rəhbərlik etdiyi dövrdə xalqımızın həyatında gördüyü işlərdən, xilaskarlıq missiyasından,
dövlət quruculuğu siyasətindən, həmkarlar ittifaqlarına göstərdiyi hərtərəfli dəstəkdən,
verdiyi qiymətli tövsiyələrdən danışıb.
Bildirib ki, xalqına, dövlətinə ən ali hisslərlə bağlı olan Heydər Əliyev bütün
azərbaycanlıların Ulu Öndəri, Ümummilli Lideri sayılır: “O, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövlətçiliyimizin təməllərini elə mükəmməl formalaşdırıb ki, yüzilliklər boyu Azərbaycanın uğurlu inkişafını təmin edəcək. Heydər Əliyev sovet Azərbaycanına rəhbər seçildikdən sonra respublikamızın həyatında əsaslı sıçrayış dövrü
başladı. 1971-1975-ci illərdə 55 yeni iri sənaye müəssisəsi və işləyən müəssisələrdə 32
yeni sex və istehsal sahəsi işə salındı. 1975-ci ildə Bakıda Məişət Kondisionerləri
Zavodunun fəaliyyətə başlaması Ulu Öndərin qətiyyətli və əzmkar fəaliyyətin nəticəsi
idi”.
Onun sözlərinə görə, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
olarkən bir çox vacib sahələr ona həvalə edilmişdi və o, bütün işlərin öhdəsindən
məharətlə gələrdi.

“Müstəqilliyimizin ilk illərində respublikamızda baş alıb gedən xaos, anarxiya, daxili
çəkişmələr özünün pik nöqtəsində idi. Ulu Öndərin xalq tərəfindən yenidən hakimiyyətə
gətirilməsi Azərbaycanı fəlakətlərdən xilas etdi. Bütün sahələrdə uğurlar bir-birini
əvəzləməyə başladı”, - deyən AHİK sədri qeyd edib ki, Heydər Əliyev hələ sovet
hakimiyyəti illərində həmkarlar ittifaqlarını daim dəstəkləyir, onun hərtərəfli inkişafına
şərait yaradırdı: “Məhz onun respublikaya rəhbərliyi dövründə yeni istirahət mərkəzi və
sanatoriyalar, uşaq düşərgələri istifadəyə verildi, quruma fantastik sürətlə axın müşahidə
olundu”.

“Müstəqilliyin ilk vaxtlarında bütün sahələri bürüyən böhran ictimai təşkilatların
fəaliyyətinə mənfi təsir etmişdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə
həmkarlar ittifaqlarının həyatında köklü dəyişikliklər baş verdi, əvvəlki hökumətin qeyri-
qanuni sərəncam və göstərişləri ləğv edildi, kurort-turizm obyektlərinin
genişləndirilməsinə, idman obyektlərinin, inzibati binalarının yenidən qurulmasına
başlanıldı, “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, təşkilatın
fəaliyyəti genişləndi, əvvəlki nüfuzu özünə qaytarıldı”, - Səttar Möhbalıyev vurğulayıb.

“Azərbaycanı cənab İlham Əliyevə etibar edən Ulu Öndər ölkəmizin parlaq gələcəyinin
əsasını qoydu. Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan
dünyada etibarlı tərəfdaşa, söz sahibinə, qalib dövlətə çevirdi. Heydər Əliyev Fondu
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərimizin ideyalarının daim yaşaması
və təbliği istiqamətində uğurla çalışır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın
bütün təşəbbüslərinin əsasında dahi rəhbərin arzu və ideyaları dayanır”, -
Konfederasiyanın sədri əlavə edib.

Ardınca Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov,
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədri Hikmət Osmanov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədri Adil Atakişiyev, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Musa Mirzəyev, Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Səlyan rayon komitəsinin sədri Yaqut Ələsgərova çıxışlar ediblər. Çıxışçılar
əsasən Ümummilli Lider Heydər Əliyevin həmkarlar ittifaqlarının inkişafında rolundan,
müəyyənləşdirdiyi daxili və xarici siyasətdən, əsasını qoyduğu siyasi kursun
mahiyyətindən, təhsil və idman sahəsinə olan xüsusi diqqətindən, gənclərə qayğısından,
həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində
ölkəmizin əldə etdiyi nailiyyətlərdən, bütün siferalarda uğurlu göstəricilərindən, həmçinin
Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad edilməsindən, bu gün həmin
ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs ediblər.


Digər xəbərlər

0.32077884674072