UNEC Zaqatala filialı "Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə" mövzusunda tədbir keçirib

09:50 05-05-2023 | icon 1271
UNEC Zaqatala filialı

04.05.2023 tarixdə UNEC Zaqatala filialının müəllim və tələbələri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Zaqatala şəhər Zəfər Murtuzəliyev adına bir saylı tam orta məktəbində " Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə" mövzusunda tədbir keçirmişlər.

Tədbir öncəsi,Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və ümummilli lider Heydər Əliyevin və Respublikamızın müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin direktoru Mehparə Mutuzəliyeva tədbir istirakçilarını salamlamış,onlara təşəkkurünü bildirmişdir. UNEC Zaqatala filialinın direktor müavini dosent Həqiqət Qədimova Heydər Əliyevin coxşaxəli fəaliyyətindən və onun İKT sahəsində gördüyü işlərdən söz açdı.Azərbaycanin inkişaf tarixinin son 40 ilinə nəzər salsaq,gələcəyə istiqamətlənmiş,dayanaqlı inkisafı təmin edən,iqtisadiyyatın hər bir sektorunun davamlı inkişafina yönəlmiş, cəmiyyətin bütün üzvünün rifahına xidmət edən müdrik siyasətin təzahürlərini gorüruk.Bu siyasətin tərkib hissəsi kimi Azərbaycanda ra bitənin,elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun geniş vüsət alması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Filialın dosenti Səfər Razıyev və baş müəllim Bahar İsmayilova çıxışlarinda qeyd etdilər ki, Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi,rabitənin inkişafı sahəsində də qabaqcıl dövlətlər sirasına çıxmaq üçun uğurlu addımlar atmasına şərait yaratmısdır. 2008 ci il İKT ölkənin ən dinamik və stabil inkişaf edən sektoru kimi yadda qalmişdir.
Filialın fəal gənclər Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan,onların bütün sahələrdə önə çəkilməsini istəməşdir.Tədbirdə Ümummilli Lider Heydər Əliyevin keçdiyi coxşaxəli həyat yolunu əks etdirən sənədli film numayiş etdirilmişdir. Sonda UNEC Zaqatala filialinın əməkdasları adından,Heydər Əliyev və İlham Əliyevin birgə portreti, məktəbin direktoru,şəhid bacısı Mehparə Murtuzəliyevaya təqdim olundu.


Digər xəbərlər

0.27373790740967