“Sabah” “Kəpəz”i məğlub etdi

22:34 05-05-2023 | icon 626
“Sabah” “Kəpəz”i məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.

İlk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Kəpəz” “Sabah”la qarşılaşıb. Məlum səbəblərdən Qəbələ şəhər stadionunda keçirilən oyun qonaqların qələbəsiylə yekunlaşıb. Paytaxt təmsilçisi 3 cavabsız qola sevinib.

Bu turun “Şamaxı” – “Zirə” (6 may), “Turan Tovuz” – “Neftçi”, “Sumqayıt” – “Səbail” (7 may) və “Qarabağ”– “Qəbələ” (8 may) oyunları qarşıdakı günlərdə keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXXIII tur
5 may

“Kəpəz” – “Sabah” 0:3
Qol: A.Kaşuk, 4. E.Apeh, 16. D.Volkov, 83.
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu, 18:00.


Digər xəbərlər

0.24078607559204