Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Respublika Elmi-praktiki konfrans keçirilib

19:02 08-05-2023 | icon 1264
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş

08.05.2023 cü il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin 9(UNEC) 
Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi
universitet” mövzusunda Respublika Elmi-praktiki konfrans keçirilmişdir.

Tədbir öncəsi filialın professor-müəllim heyəti və qonaqlar ulu öndər Heydər Əliyevin
abidəsini ziyarət etmiş və abidənin önünə gül dəstələri düzmüşlər.Konfrans öncəsi
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Azərbayca
Respublikasının ümummilli Lider Heydər Əliyevin və respublikamızın bütövlüyü
uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir. Ümummilli Liderin keçdiyi şərəfli həyat yolundan bəhs edən sənədli
film nümayiş etdirilmişdir.Konfransı giriş sözü ilə açan filialın direktoru professor
Orucəli Rzayev bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu,Ümummilli
Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 ili tamam olur” Bununla
əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
2023 cü-il “Heydər Əliyev İli” elan olunmuşdur. Azərbaycanın müasir tarixi,
dünyanın siyasət arenasında xüsusi yer tutmuş görkəmli dövlət xadimi,
əzəmətli,siyasi lider və şəxsiyyət,xalqımızın xilaskarı,müstəqil dövlətçiliyimizin
memarı olan Heydər Əliyevin adı ilə bağlıdır. Sonra UNEC -in Elmi fəaliyyətin
təşkili və idarə edilməsi departamentinin direktoru,professor Zahid Məmmədov
çıxış edərək, qeyd etdi ki, Azərbaycan xalqının böyük oğlu, dünya
Azərbaycanlılarının milli Lideri Heydər Əliyev tarix baxımından cismən bizdən
uzaqlaşdıqca millətimiz üçün bu əvəzsiz itginin ağırlığı daha çox duyulmaqdadır.
Ulu öndərin genişmiqyaslı,çoxcəhətli fəaliyyətində təhsilin inkişafına diqqət və
qayğı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin aktual problemlərini və
perspektivlərini incəliklərinə qədər dərindən bilən,təhsilin cəmiyyətdə rolunu və
şəxsiyyətin formlaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi
rəhbərin təhsillə bağlı dəyərli mülahizə və müddəaları,sözün əsl mənasında
tariximizin nadir incilərindəndir. Professor Zahid Məmmədov Azərbaycan Dövlət
İqtisad Universiteti ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə
təşkilatçılığı ilə ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi
münasibətilə Peterburq şəhərində”Azərbaycan və Rusiya arasında əməkdaşlığın
inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki
konfransada”Azərbaycan ilə Rusiyaarasında strateji əməkdaşlığın inkişafında
Heydər Əliyevin rolu” mövzusunda məruzə etməsindən və məruzənin böyük
rəğbərtlə qarşılanmasından söz açıb. Sonra Zaqatala şəhər icra hakimiyyətinin
Humanitar işlər üzrə müavini Vəfa xanım Süleymanova məruzə ilə çıxış
etmiş,konfransın işinə uğurlar arzulamışdır. Konfransda Bakı Dövlət
Universiteti,Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir
Dövlət Universiteti, ADP-nun Səki filialı, ADP nun Ağcabədi filialı,Bakı Qızlar
Universiteti və bir neçə müəsisənin professor-müəllim heyəti online olaraq
qoşulmuşlar. Plenar iclas sonrası Ümummilli Liderin 100 illiyinə həsr
olunmuş,tələbələrin hazırladıqları “Heydər xalqım deyəcək, xalq Heydər
söyləyacak” musiqili proqramla çıxış etmişlər. Konfrans öz işini bölmələr üzrə
davam etdirmişdir.

Birinci bölmədə ” Regionun sosial-iqtisadi inkişafını sürətləndirilməsi məsələləri;
nəticələr, çağrışlar,perspektivlər.


Moderator: ZİM rəhbəri Babək Alıyev (UNEC Zaqatala filialı)
Katib: Esmira Babayeva (UNEC Zaqatala filialı)
İkinci bölmədə “Ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsində fənlərarası
inteqrasiya və informasiyaların rolu”
Moderator: Dos.Razıyev Səfər (UNEC zaqatala filialı)
Katib: Mətanət Məmmədova (UNEC Zaqatalaflialı)

 


Digər xəbərlər

0.29962182044983