Azərbaycan xalqı Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edir

10:06 10-05-2023 | icon 823
Azərbaycan xalqı Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edir

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir.

Səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyətinin nümayəndələri axın-axın Fəxri xiyabana gəlir, Ümummilli Liderin məzarını ziyarət edir, məzarı önünə tər çiçək dəstələri qoyur, ruhuna dualar oxuyurlar.

Ziyarətdə ziyalılar, ictimai xadimlər, dövlət qulluqçuları, gənclər, Azərbaycan müxtəlif rayon və şəhərlərindən gələn sadə vətəndaşlar iştirak edirlər.


Digər xəbərlər

0.28505301475525