Şamaxıda Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar

16:44 10-05-2023 | icon 750
Şamaxıda Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar

Şamaxıda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da təntənəli şəkildə qeyd olunub.

 

Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad edib.

Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi hissədən öncə tədbir iştirakçıları Heydər Əliyevin Şamaxı rayonuna tarixi səfərlərindən ibarət foto-sərgiyə baxış keçiriblər.

Şamaxı RİH başçısı Tahir Məmmədov ümummilli liderin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə  geniş məruzə ilə çıxış edib.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

 

 






Digər xəbərlər

0.23834609985352