Qaradağda Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş konsert - Fotolar

10:15 11-05-2023 | icon 843
Qaradağda Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş konsert - Fotolar

Mayın 10-da Lökbatan qəsəbəsi, Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bayram konserti keçirilib.

Konsertdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şəhid ailələri, qazilər, əsgərlər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.

  
 
 
 

Konsertdə Xalq artisti İlqar Muradov, Əməkdar artist Sevinc Sarıyeva, Müdafiə Nazirliyi Hərbi orkestrinin solistləri Nigar Rəhimova və Mətləb Ağayev, IV Muğam müsabiqəsinin qalibi Zümrüd Məmmədova və digər müğənnilər ulu öndərə ithaf olunmuş mahnılar və onun sevdiyi şərqiləri səsləndiriblər. Rəqslər nümayiş olunub. Konsertə 5 mindən çox insan tamaşa edib.

Konsert proqramı atəşfəşanlıqla sona çatıb.

 

 






Digər xəbərlər

0.24623012542725