Azərbaycan Premyer Liqasında XXXIV turun hakimləri bəlli olub

04:35 12-05-2023 | icon 850
Azərbaycan Premyer Liqasında XXXIV turun hakimləri bəlli olub

Azərbaycan Premyer Liqasında XXXIV turun hakim təyinatları açıqlanıb.

Bu tur FIFA referilərindən yalnız Əliyar Ağayev iş başında olacaq. O, "Neftçi" - "Şamaxı" matçını idarə edəcək.

"Səbail" - "Qarabağ" görüşündə isə ədaləti Kamal Umudlu qoruyacaq.

Azərbaycan Premyer Liqası
XXXIV tur
12 may (cümə)

19:00. "Zirə" - "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.

13 may (şənbə)

18:00. "Qəbələ" - "Turan Tovuz"
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu.

20:30. "Səbail" - "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
"ASCO Arena".

14 may (bazar)

20:30 "Neftçi" - "Şamaxı"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Cabarov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Bakcell Arena".

17 may (çərşənbə)

19:30. "Sumqayıt" - "Sabah"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Kapital Bank Arena".


Digər xəbərlər

0.22147703170776