Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023” sona yaxınlaşır - Fotolar+Video
Atıcılıq üzrə “Dünya Kuboku 2023”də iki növdə mükafatçılar bəlli olub.
Kişilər arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atış yarışlarında 8 idmançının çıxış etdiyi final mərhələsində 3-cü yeri çexiyalı Petr Nimburski tutub. O, 453.5 xal toplayıb.
İkinci yeri Ukrayna təmsilçisi Serhiy Kuliş qazanıb. Kuliş ümumilikdə 465.5 xalla gümüş medala sahib çıxıb.
Digər Çexiya təmsilçisi Jiri Privratski isə 466.1 xalla bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.
Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə finalda üçüncü yeri almaniyalı Doren Vennekamp tutub. O, mərhələni 30 xalla başa vurub.
Gümüş medalı İran təmsilçisi Haniyə Rostamiyan əldə edib. O, 33 xal qazanıb.
Yarışın qalibi isə Çin idmançısı Sixuan Fen olub. 38 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.
***
Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışda qızıl medal qazanan Çin atleti Feng Sixuanın fikirləri:
“Bu, Azərbaycana ilk səfərimdir. Burada birinci, karyeram ərzində ikinci qızıl medalımdır. Avqustda Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəyimə inanıram. Ümid edirəm ki, həmin yarışda da burada qızıl medal qazanacağam”.
***
Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışda gümüş medal qazanan İran atleti Haniye Rostamiyanın dedikləri:
“Azərbaycana beşinci səfərimdir. Üç dəfə Bakıda yarışmışam, iki dəfə Qəbələdə. Bakıda atletlər üçün çox yaxşı şərait yaradılıb. Yarışın təşkili də yüksək səviyyədədir. Hər dəfə Azərbaycana gələndə uğurlu nəticələr əldə edirəm. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib olmuşdum. Bu dəfə gümüş medal qazanmağım xoş oldu. Ümid edirəm ki, avqustda Azərbaycanda təşkil olunacaq dünya çempionatına qatılıb özüm üçün yeni uğura imza atacağam”.
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...