"Araz Naxçıvan" ölkə çempionu oldu

11:24 16-05-2023 | icon 920

Futzal üzrə Yüksək Liqada 2022/23 mövsümünə yekun vurulub. 

Çempionu müəyyənləşdirən matçda "Araz Naxçıvan" və "Neftçi" İK İB üz-üzə gəlib.

Rəqibini 4:1 hesabı ilə məğlub edən "Araz Naxçıvan" 29-cu ölkə çempionatının qalibi olub. Bununla da Naxçıvan təmsilçisi yeni mövsümdə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, bürünc medallara "Baku Fire" sahib çıxıb. 


Digər xəbərlər

0.21461701393127