Sadıq Sadıqov: “Biz heç vaxt məğlub olmağı xoşlamamışıq”
“Araz Naxçıvan”ın gücü hamımıza məlumdur. Komanda tarixində 17-ci dəfə ölkə çempionu oldu”.
Azeripress.az saytına müsahibəsində bu sözləri futzal üzrə ölkə çempionatında gümüş medala sahib çıxan “Neftçi” İK-in rəhbəri Sadıq Sadıqov deyib.
Yüksək liqanın həlledici matçında “Neftçi” İK “Araz Naxçıvan”a 1:4 hesabı ilə uduzub. Sadıqov komandasının yenilgisini belə şərh edib: “Ölkənin 1 nömrəli komandasına, beynəlxalq təcrübəsi kifayət qədər böyük olan rəqibə qarşı çıxış etdik. Komandamız bacardığı qədər müqavimət göstərməyə çalışsa da, yekunda daha layiqli olan qalib gəldi. Oyunçulardan ciddi bir narazılığım yoxdu. Bacardıqlarını etdilər”.
“Sizcə, “Neftçi” İK-nin çempion olması üçün üçün nə çatmadı?” sualını klub rəhbəri belə cavablandırıb: “Yüksək keyfiyyətli oyunçular. Hər halda özünüz də gördünüz ki, iki komandanın üzvləri arasında ustalıq səviyyəsi baxımıdan fərq nəzərə çarpacaq dərəcədə idi”.
Ölkə çempionluğu əldən verməsinə baxmayaraq, “Neftçi” İK-nin kuboku qazanmaq şansı var. Sadıqov bu vəzifənin öhdəsindən gələcəklərinə inanır: “Finaldakı rəqibimiz “Araz Naxçıvan” deyil. Ona görə də düşünürəm ki, kuboku əldən vermərik. Mövsümü titulla başa vurmaq üçün kubokun finalına ciddi hazırlaşacağıq”.
Daha əvvəl Cüdo Federasiyasında vitse-prezident vəzifəsini tutan Sadıq Sadıqov bu idman növünün hazırkı durumundan da söhbət açıb. O, cüdoçularımızın Qətərdə keçirilən son dünya çempionatındakı uğursuz çıxışına da toxunub: “İdman təşkilatının rəhbəri olduğum üçün digər federasiya rəhbərləri kimi, cüdo federasiyasının rəhbərliyi ilə mütəmadi ünsiyyətdə oluram. Özüm də şahid oluram ki, federasiya rəhbərliyi idmançıların uğur qazanması üçün əlindən gələni edir. Dünya çempionatındakı uğursuzluğun səbəbi barədə dəqiqə nəsə deyə bilmərəm. Yəqin ki, millinin məşqçiləri bu barədə dəqiq səbəb göstərərlər. Amma yenə deyirəm ki, federasiya rəhbərliyi ölkəmizdə cüdonun inkişafı üçün lazım olan hər şeyi edir”.
Tokioda keçirilən ötən Yay Olimpiya Oyunlarında cüdo millimiz maksimum idmançı ilə təmsil olunmuşdu. Sadıqovun fikrincə, cüdoçularımız eyni nəticəyə imza ata bilərlər: “Tokio olimpiadasında biz 9 idmançı ilə təmsil olunurduq, 7 kişi, 2 qadın idmançı. İnanıram ki, cüdoçularımız bu dəfə də eyni nəticəni təkrarlayacaqlar və Paris olimpiadasına da tam heyətlə qatılacağıq”.
Futzaldan fərqli olaraq “Neftçi” İK-nin basketbol komandası ölkə çempionatında uğursuzluqla üzləşdi. Bununla belə, Sadıq Sadıqov növbəti mövsümdə basketbolda da uğur qazanacaqlarına inanır: “Bu il ilk dəfə idi basketbol çempionatında çıxış edirdik. Ona görə də müəyyən çatışmazlıqlar oldu. Bu da düşünürəm ki, təcrübəsizlikdən irəli gəlir. Növbəti mövsüm çatışmazlıqları aradan qaldıracağıq və daha iddialı komanda formalaşdıracağıq. Biz heç vaxt məğlub olmağı xoşlamamışıq”.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...