"Neftçi İdman Klubu”nun gənc güləşçiləri beynəlxalq turniri bir dəst medalla başa vurublar

17:18 19-05-2023 | icon 764

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan gənc yunan-Roma güləşçiləri (U-20) Qazaxıstanın Olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə uğurla çıxış edərək bir dəst medala sahib olublar.

Astana şəhərində  təşkil olunan yarışda Kənan Abdullazadə (67 kq) bütün rəqiblərini məğlub edib və turnirin qalibi adını qazanıb. Klubun digər təmsilçilərindən İsmayıl Rzayev (82 kq) gümüş medala layiq görülüb. Fərid Sadıxlı (55 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.


Digər xəbərlər

0.30640077590942