Qaradağda növbəti səyyar qəbul keçirildi - Fotolar

17:26 19-05-2023 | icon 1428
Qaradağda növbəti səyyar qəbul keçirildi - Fotolar

Mayın 19-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Qəbulda Qızıldaş qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

 
 

Keçirilmiş səyyar qəbulda 60-a yaxın qəsəbə sakinləri iştirak edib. Sakinlərdən 7 nəfəri fərdi qaydada dinləyən Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 

 




Digər xəbərlər

0.25530505180359