Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları gəlir

03:33 21-05-2023 | icon 1263
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları gəlir

Mayın 28-də qeyd ediləcək Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlir.

Bu münasibətlə Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏliyevəZati-aliləri! Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim”.

***

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer:

“Hörmətli cənab Prezident!

Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu ilin fevral və mart aylarında Almaniyaya səfərləriniz ölkələrimiz arasında sıx dostluq münasibətlərini daha da gücləndirdi. Almaniya, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir.

Sizi əmin edə bilərəm ki, Almaniya bundan sonra da ölkənizin modernləşmə səylərində, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində etibarlı tərəfdaş olacaqdır. Çiçəklənən, müasirləşən cəmiyyətin dinc və sabit mühitə ehtiyacı vardır. Buna görə də mən qəti şəkildə əminəm ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaqdır. Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik. Sizə və Azərbaycan xalqına ən xoş arzularımı ifadə edir, sülh, rifah və firavan gələcək diləyirəm”.

***

Yaponiyanın İmperatoru Naruhito:

“Hörmətli cənab Prezident! 

 
 
 

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Sizə xoşbəxtlik və xalqınıza firavanlıq arzulayıram”.

***

İndoneziya Prezidenti Coko Vidodo:

“Zati-aliləri!

Mayın 28-də qeyd olunan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımız arasındakı mövcud dostluq əlaqələri daim inkişaf edərək müvafiq regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, İraq Respublikasının hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edib dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin dərinliyini ifadə edərək, Azərbaycan hökumətinə və xalqına firavanlıq və tərəqqi diləyirəm”.


Digər xəbərlər

0.28170084953308