Adil Əliyev Naxçıvandakı “N” saylı hərbi hissəni ziyarət etdi - Fotolar
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissəni ziyarət edib.
Şəxsi heyətin döyüş əhval-ruhiyyəsi və xidmət şəraiti ilə tanış olan vitse-spiker Prezident İlham Əliyevin ordu quruculuğuna ayırdığı yüksək diqqət və qayğı nəticəsində ordumuzun nəinki Cənubi Qafqazın, eləcə də dünyanın ən güclü ordularından biri olmasını qeyd edib.
Düşmənin tarixi torpaqlarımızı işğal altında saxlamış olduğu 30 ilə yaxın müddətə toxunan sədr müavini bu müddətdə Ermənistanın sülhdən və danışıqlardan imtina etməsini qeyd edərək, torpaqları dinc yolla qaytarmamasını bildirib.
2020-ci ildə Vətən Müharibəsində Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən bəhs edən sədr müavini, ordumuzun bu qələbə ilə qüdrətini bütün dünyaya nümayiş etdirməsini qeyd edib.
Ermənistanın məğlubiyyətlə barışmadığını, hər an təxribat törətməyə cəhd etməsini bildirən Sədr müavini məhz qəhrəmanlarımızın sahəsində düşmənə layiqli cavab verildiyini diqqətə çatdırıb.
Görüşdə Milli Məclisin deputatı Cəbi Quliyev də iştirak edib.
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...