Erməni futbolçunun azarkeşi olan azərbaycanlı müəllim Ağalar Qəribov: "Ermənilər mənim üçün düşmən deyil" - AÇIQLAMA+VİDEO

08:09 23-05-2023 | icon 2029
Erməni futbolçunun azarkeşi olan azərbaycanlı müəllim Ağalar Qəribov:

Bakıda futbol meydançalarından birində İngiltərənin “Arsenal” futbol klubunun kürəyində “Mxitaryan” yazılmış formasını geyinmiş bir nəfər görüntülənib.

Məlum olub ki, bu hərəkəti edən  Ağalar Qəribov adlı şəxsdir. O, Bakıdakı Qərbi Kaspi Universiteti və Azərbaycan Universitetində fəlsəfədən dərs deyir.

Digər futbolsevərlərin ondan niyə erməni futbolçunun adı yazılmış köynək geyindiyini soruşduqda, “filosof” kosmopolit olduğunu cavablandırıb. Opponentlərin Mxitaryanın açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxması, Qarabağ separatçılarını dəstəkləməsi barədə arqumentlərinə “filosof” ermənilərin onun üçün düşmən olmadığını deyib. Bundan başqa, o, əlavə edib ki, onun evdə başqa bir erməni futbolçunun - “Krasnodar” klubunun futbolçusu Eduard Spertsyanın adı yazılmış forması var.

Qəribovun sözlərinə görə, bu köynəyi ona Rusiyada hədiyyə ediblər. Buradan belə bir sual yaranır: Rusiyada azərbaycanlıya erməni idmançının adı yazılmış köynəyi hədiyyə edən kimdir?!(haqqin.az)

 

 


Digər xəbərlər

0.25420999526978