Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir”

09:50 23-05-2023 | icon 832
Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir”

“Bütün sahələrdə davamlı olaraq inkişaf edən Azərbaycanın qüdrəti beynəlxalq
münasibətlər sistemində tutduğu mövqeyindən daha aydın görünür. Yaxın keçmişə
nəzər salsaq, görərik ki, dünyada ard-arda baş verən iqtisadi böhranların ölkəmizə
ya təsiri olmayıb, ya da bu böhranlardan ən az fəsadlarla çıxmağı bacarıb. Bu,
Azərbaycanın təkcə iqtisadi yox, həm də digər sahələrdə dayanıqlı inkişafını bir
daha ortaya qoyur. Təkcə pandemiya dövrünü xatırlamaq kifayətdir ki, bu reallığı
dərk edəsən. Eləcə də həmin dövrdə ölkəmiz parlaq Qələbə ilə nəticələnən ağır
müharibədən keçdi. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yalnız inkişaf
yolu ilə getdi, heç bir sahədə durğunluq, geriləmə yaşanmadı. Gəlin, hazırda
dünyada baş verən prosesləri nəzərdən keçirək və Azərbaycanın bu proseslər
fonunda roluna baxaq: ən ağır fazada davam edən Rusiya ilə Ukrayna arasında
müharibə dünyada, ən çox da Avropada ağır enerji böhranına yol açıb. Avropa
dövlətləri bu böhrandan çıxış yolunu Azərbaycanda görür, ölkəmizin əhəmiyyətini
anlayır və əməkdaşlığa üstünlük verirlər. Qeyd etdiyim bütün bu uğurlara
dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların,
reallaşdırdığı nəhəng layihələrin effektli nəticələri, həmçinin onun müdrik
idarəçiliyi, diplomatik bacarığı sayəsində nail olmuşuq”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Səttar Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın Litvaya rəsmi səfəri Azərbaycanın Avropa ölkələri ilə genişlənən
əlaqələrinin, ölkəmizə olan marağın daha bir bariz nümunəsidir: “Hesab edirəm ki, bu səfər hər iki ölkə üçün xüsusi önəm daşıyır, əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsi baxımdan əhəmiyyətlidir. Yeri gəlmişkən, bildirim ki, Litva ilə Azərbaycanın tarixi əlaqələri var. Həmçinin Litva Azərbaycanın müstəqilliyini
tanıyan ilk ölkələr sırasındadır. İkitərəfli münasibətlər qarşılıqlı maraqlara,
beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib və reallaşan səfərlər, keçirilən yüksək səviyyəli görüşlər,
imzalanan sənədlərlə yüksələn xətlə daha da inkişaf edir. Bu səfər zamanı da
Vilnüsdə dövlət başçılarının iştirakı ilə ətraf mühit, gənclər və hüquq-mühafizə
sahələrində Azərbaycan-Litva sənədləri imzalandı, ikitərəfli müzakirələr aparıldı,
biznes forumu təşkil edildi. Əminik ki, bütün bunlar ölkələrimiz arasında
əlaqələrin daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcək”.
“Keçirilən biznes forumunda səslənən fikirlər də bir daha təsdiqləyir ki, ölkəmizin
iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Neft-qaz
sektoru ilə yanaşı, digər sahələrdə də bu imkan mövcuddur. Biznes forumu bu
sahədə də münasibətlərin dərinləşməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə
böyük zəmin yaradacaq. Qeyd edim ki, statistikaya əsasən, ötən il iki ölkə arasında
ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları təşkil edib. Ölkəmizdə
nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litvanın 20 kommersiya qurumu
fəaliyyət göstərir. Ümumilikdə isə Azərbaycandan Litvaya 36 milyon ABŞ dolları
məbləğində sərmayə qoyulub”, - Milli Məclisin deputatı bildirib.


Digər xəbərlər

0.24771690368652