AHİK-də şəhid ailələrinin üzvləri ilə görüş keçirilib
Mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)
övladları himayəyə götürülmuş şəhidlərin ailə üzvlərinin bir qismi ilə görüş olub.
Şəhid ailələrini salamlayan AHİK-in katibi - Aparat rəhbəri Həsən Cəfərov onları
qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edib.
Azərbaycan xalqının parlaq qələbəsi ilə yekunlaşan 44 günlük Vətən
müharibəsindən, müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin mahir
sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından, əsgər və zabitlərimizin
qəhrəmanlıqlarından, onların şanlı döyüş yolundan söz açan H.Cəfərov bildirib ki,
Azərbaycan xalqı Vətən, torpaq, dövlət uğrunda şəhid olmuş oğul və qızlarını heç
vaxt unutmur, əziz xatirələrini hər zaman dərin ehtiramla yad edir: “Şəhidlərimizin
ailələri bizim qürur yerimizdir, onlara qayğı göstərmək hər bir azərbaycanlının
müqəddəs borcudur. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin
misili yoxdur. Hər zaman Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond şəhid
ailələrinə hərtərəfli dəstək olur”.
Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri ölkəmizdə onlara göstərilən ali
münasibətdən və yüksək qayğıdan razılıqlarını bildiriblər. Qeyd ediblər ki,
dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyeva onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olurlar.
Sonda AHİK tərəfindən şəhid ailələrinin üzvlərinə bayram sovqatları verilib.
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...
-
Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar
...
-
Bayram gününün havası - 19° isti
...
-
Sabahdan Ramazan tətili başlayır
...
-
Ramazanın sonuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Lənkəran İcra Hakimiyyətində yeni - Təyinatlar
...
-
Şeyx bayram vaxtını və fitrənin məbləğini açıqladı
...
-
Sabaha 21° isti proqnozlaşdırılır
...
-
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Xankəndi belə dəyişdi - Yeni görüntülər
...