Sabah 35° isti olacaq

18:32 24-05-2023 | icon 949
Sabah 35° isti olacaq

Mayın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-24° isti olacaq.


Digər xəbərlər

0.27852392196655