Mətin Kərimliyə yüksək vəzifə verildi
Mətin Kərimli Elm və Təhsil Nazirliyinin (ETN) Aparat rəhbəri təyin olunub.
Bu barədə ETN-dən məlumat verilib.
Qeyd edək ki, Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib.
Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.
2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.
İngilis, fransız, rus və ispan dillərini bilir. Evlidir, 3 övladı var.
-
Qarlı havaya görə Bakı məktəblərində şagirdlərin davamiyyəti aşağı düşüb
...
-
Yeni ildə ilk dərs günü nə vaxt olacaq?
...
-
Emin Əmrullayev rektorlarla əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasını müzakirə edib
...
-
Ağalı məktəbinə UNEC-in Zaqatala filialından qiymətli hədiyyə
...
-
Emin Əmrullayev dörd məktəbə yeni direktor təyin edib
...
-
Bu gündən tətildir
...
-
Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
...
-
Milli Məclisdə müəllimlər üçün imtahanın ləğvi təklif edildi
...
-
Prezident bu müəllimləri təltif etdi
...
-
İcra başçısı qəfil məktəbi yoxladı, bu mənzərə ortaya çıxdı - Fotolar
...