Mətin Kərimliyə yüksək vəzifə verildi
Mətin Kərimli Elm və Təhsil Nazirliyinin (ETN) Aparat rəhbəri təyin olunub.
Bu barədə ETN-dən məlumat verilib.
Qeyd edək ki, Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib.
Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.
2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.
İngilis, fransız, rus və ispan dillərini bilir. Evlidir, 3 övladı var.
-
Səs yazısı yayılan Nəcibə Axundova cəzalandırıldı
...
-
Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı
...
-
Bu gün Azərbaycanda Bilik Günüdür
...
-
Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
...
-
Kürdəmirdə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib
...
-
Niyazi Bayramov yüksək bal toplayan məzunlarla görüşdü - Fotolar
...
-
Şükür Həmidovun qızı da tələbə oldu - Foto
...
-
Göyçayda qalmaqal - Direktor ilk iş günü məktəbdən qovuldu
...
-
Bakıda internat məktəbində toy oldu, nazir rəqs etdi - Video
...
-
DİM bu abituriyentlərə müraciət etdi
...