Azərbaycan Basketbol Liqasının çempionu bu gün bəlli ola bilər

09:42 26-05-2023 | icon 1057
Azərbaycan Basketbol Liqasının çempionu bu gün bəlli ola bilər

Bu gün Azərbaycan Basketbol Liqasının çempionu bəlli ola bilər.

"Gəncə" və "Sabah" komandaları final seriyasının dördüncü qarşılaşmasında üz-üzə gələcəklər.

“Sərhədçi” İdman Mərkəzindəki oyun saat 19:30-da başlayacaq.

Hazırda "Sabah" 2:1 hesabı ilə öndədir. Paytaxt təmsilçisi qələbə qazanacağı təqdirdə çempion olacaq. "Gəncə" qalib gələcəyi təqdirdə beşinci matç gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.


Digər xəbərlər

0.24474501609802