Səttar Möhbalıyev: “Moskvada Paşinyanın mənasız iddiaları alt-üst oldu”

21:31 26-05-2023 | icon 1357
Səttar Möhbalıyev: “Moskvada Paşinyanın mənasız iddiaları alt-üst oldu”

“Dünyada Azərbaycanın artan nüfuzu göz qabağındadır. Bu, hər kəsin etiraf etdiyi
aksiomdur. Müzakirə predmetindən asılı olmayaraq, Azərbaycan istər üzv, istərsə
də qonaq qismində regional və beynəlxalq təşkilatların iclaslarında iştirak edir,
dövlətimizin başçısı cənab İlham Əliyevin dəyərli fikirləri maraqla dinlənilir,
təşəbbüsləri yüksək səviyyədə dəstəklənir. Prezidentimizin Ali Avrasiya İqtisadi
Şurasının Zirvə toplantısına qonaq qismində dəvət edilməsi, hörmətlə qarşılanması
və təqdim olunması bu uğurların davamı, dövlətimizin regionun lideri olmasının
bilavasitə göstəricidir. İclasda çıxış edən dövlətimizin başçısı Azərbaycanın əldə
etdiyi nailiyyətləri, iqtisadi gücünü, həyata keçirdiyi layihələri və onun uğurlu
nəticələrini, eləcə də qiymətli təşəbbüslərini iştirakçıların diqqətinə çatdıraraq
ölkəmizin potensialını və dünya üçün əhəmiyyətini ortaya qoydu. Və sübut etdi ki,
Azərbaycan heç bir sahədə kimdənsə asılı deyil, tam sərbəst və müstəqil
dövlətdir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Azərbaycan özünün strateji maraqlarına söykənərək balanslaşdırılmış siyasət
yürüdür, dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır, hər bir dövlətlə bərabər
prinsiplər əsasında qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Azərbaycan
Ermənistandan başqa, digər Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ikitərəfli
formatda sıx əlaqələrə malikdir. Həmin ölkələrlə ticarət dövriyyəsi 5 milyard
dollara yaxındır və bu göstərici ildən ilə yüksəlir. Azərbaycanın region dövlətləri
üçün əhəmiyyətini artıran həm də onun əlverişli coğrafi mövqeyi, beynəlxalq və
regional nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, logistik imkanlarının
genişliyi, tranzit yük daşımalarının səmərəli təşkili və etibarlı təminatıdır.

Dövlətimizin başçısının ifadə etdiyi kimi, bu gün ölkəmiz Xəzər dənizində ən
böyük ticarət donanmasına sahibdir, həmçinin regionda ən iri hava yük donanması
bizdədir. Eləcə də Azərbaycanda bütün növ gəmiləri hazırlaya bilən tərsanə
fəaliyyət göstərir, hətta qonşu ölkələrdən sifarişlər qəbul etməyə hazırdır. Bütün
bunlar ölkəmizin regional üstünlüklərini təsdiq edən faktlardır”, - Səttar
Möhbalıyev qeyd edib.
AHİK sədri bildirib ki, iclasda Ermənistanın Baş nazir Nikol Paşinyanın yersizi
səsləndirdiyi mənasız fikirlərə dövlətimizin başçısı cənab İlham Əliyev dərin
diplomatik biliyi və tutarlı arqumentləri ilə layiqli cavab verərək onu aciz duruma
saldı: “Paşinyan hələ də Zəngəzur dəhlizinin açılmasına şübhə ilə yanaşır, amma
unudur ki, “Valday”da “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən Prezident
İlham Əliyev bu məsələni qısa müddətə reallaşdırdı. Artıq bu, Ermənistan
tərəfindən də dəfələrlə təsdiqlənib və Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar.
Odur ki, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı canfəşanlıq etməsi əbəsdir,
Azərbaycanın yaratdığı reallıq dəyişməzdir. Buna Ermənistanın gücü çatmaz. O ki
qaldı Paşinyanın Laçın yolu ilə bağlı səsləndirdiyi iftiralara, bununla da bağlı
layiqli cavabını aldı. Prezident İlham Əliyev əsl həqiqəti iştirakçıların diqqətinə
çatdırmaqla Paşinyanın iddialarını alt-üst etdi”.


Digər xəbərlər

0.21394109725952