İki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür

21:36 26-05-2023 | icon 700
İki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür

Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər hazırda dinamik inkişaf
etməkdədir. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Son
illərdə iki dövlət arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir
və nəzərə çarpacaq dərəcədə fəallaşır.
İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə
və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur.
Azərbaycan Respublikası və Litva Respublikası arasında dostluq əlaqələrinin
inkişafında iki ölkənin təhsil sahəsində əməkdaşlığı xüsusi yer tutur. Azərbaycan və
Litvanın öndə gedən ali təhsil və elm müəssisələri arasında birbaşa əlaqələr yaradılıb.
Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Litvada rəsmi səfərindən sonra
əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaq. Gələcək illərdə
iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək.
Cənab Prezidentin Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda dediyi kimi,
biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq.
Hər iki tərəfdən buna çox böyük maraq var. Keçən ilin may ayında Prezident
Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes
forumu keçirilmişdir.
Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan
çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql
edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Statistika göstərir ki, ixrac edilən qazın həcmi
ildən-ilə artır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də
bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox
böyük diqqət göstərilir.
İki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Birgə iqtisadi
komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial
əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin
yaradılmasından ibarətdir. Bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni
istiqamətdə gedirik. Hər iki ölkədə – Baltik və Xəzər dənizlərində çox böyük külək
enerjisi potensialı var.
Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva
Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı imzalanmış əməkdaşlıq
sənədləri – Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit
Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş,
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının
Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq
haqqında Saziş”, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva
Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq
Proqramı” – deməyə əsas verir ki, perspektivli əməkdaşlıq istiqaməti yüksələn xətlə
daha da inkişaf edəcək.

Əliyeva Afər Rəfi qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.2425389289856