1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi

21:37 26-05-2023 | icon 858
1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi

Xalqımızın təfəkküründə on illərlə formalaşmış və qətiləşmiş belə bir fikir var ki,
cəmiyyətimizin qarşılaşdığı çətin problemlərin həllini yalnız Heydər Əliyev bacarar.
Çünki hər kəsə bəlli idi ki, O, nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli
dövlət xadimi kimi xalqımız üçün ağır, taleyüklü problemlərin öhdəsindən dəfələrlə
layiqincə gəlmişdi. Ötən əsrin 90-cı illərinin əvvəlində də ölkəmiz çox keşməkeşli
dövrünü yaşayırdı. Bir tərəfdən torpaqlarımızın bir qismi erməni silahlı birləşmələri
tərəfindən işğal olunmuş, digər tərəfdən bunun cəmiyyətdə yaratdığı süstlük, iqtisadi-
siyasi böhran, vətəndaş qarşıdurması, siyasi qüvvələr arasında hökm sürən hərc-
mərclik, qeyri-peşəkar idarəetmə Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı. Yenicə
qazanılan müstəqillik itirilmək təhlükəsi ilə üz-üzə idi.
  Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında
gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər
Əliyevin simasında görürdü.1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri
Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə
qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu
öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan
dövlətinin təməli qoyuldu. Ümummilli lider 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa
sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik,
iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini
reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ulu öndər Heydər
Əliyevin yürütdüyü siyasət, atdığı addımlar da gələcəyə hesablanırdı. O, müstəqil
Azərbaycan dövlətinə rəhbərlik missiyasını üzərinə götürəndə də sosial-iqtisadi
problemlər məngənəsində boğulan, vətəndaş müharibəsi, parçalanma təhlükəsinin bircə
addımlığına gəlib çatmış, insanlarının sabaha heç bir ümidi qalmamış, müharibə
şəraitində yaşayan və mənfur Ermənistan tərəfindən torpaqlarının xeyli hissəsi işğal
olunmuş bir ölkəni təhvil almışdı. Belə çətin və həlledici dövrdə ölkənin və xalqın
gələcəyinə görə məsuliyyəti üzərinə götürmək bir dövlət xadimi üçün həddən artıq riskli
qərar idi. Amma Heydər Əliyev bunu etməyə bilməzdi, çünki onu xalq çağırırdı.
Azərbaycanın üzləşdiyi bəlalardan qurtuluşu üçün yeganə xilas yolunu onun
qətiyyətində, siyasi təcrübəsində, idarəçilik bacarığında görürdü. Heydər Əliyev
Azərbaycanın taleyi naminə bu missiyanı üzərinə götürdü və xalqın dəstəyinin verdiyi
güclə ölkəni qısa müddətdə ağır sınaqlardan çıxararaq inkişaf yoluna yönləndirdi.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdığı ilk günlərdən
Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında
yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində
buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox
gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin
strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı
dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
      Həmin dövrdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi
istiqamətində görülən əsas işlərdən biri də elə, məhz ölkənin dünya birliyinə
inteqrasiyasının təmin olunmasıdır. Ümummilli lider Heydər Əliyevin möhkəm təməllər
üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış
strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada
nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Ulu
Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla
bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm
prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq

normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir.
Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik
məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya
ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ümummilli lider Heydər Əliyev bir çox dünya
dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən
sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq
siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
      Ümummili lider Heydər Əliyev özündən sonrakı dövr üçün də liderlik məktəbini
yaratdı Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə sübut etdi ki, o, Heydər
Əliyev məktəbini yüksək səviyyədə mənimsəmiş və yeni tarixi epoxanın irəli sürdüyü
çağırışları qabaqlamış, mühüm strateji zəkaya və praktiki səmərəli fəaliyyət metodlarına
malik olan dünya miqyasında yeni tipli liderdir. Azərbaycan ordusunun mərd, igid,
mətanətli oğullarının Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
ətrafında sıx birləşməsinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində əzəli
torpaqlarımızı azad etməsi bunun ən bariz nümunəsidir. Biz şəhidlərimizə Allahdan
rəhmət, qazilərimizə şəfa diləyirik. Ulu öndərimizin vəsiyyəti olan Dağlıq Qarabağ
münaqişəsi məsələsi qızıl hərflərlə yeni tarix yazan Prezidentimiz, Müzəffər Ali Baş
Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən uğurla həll
edildi.
        1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün
mühüm tarixi hadisə idi. Eyni zamanda müstəqil Azərbaycan dövləti üçün qurtuluşa
gedən yolun ilk pilləsi idi. Bu tarixdə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu
öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan
dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan
Respublikasının Prezidenti seçilən Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və
xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni
sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya
layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
       Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən qorudu, ölkəni sabitlik, iqtisadi
inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini
reallaşdırmağa müvəffəq oldu.
       Heydər Əliyev dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi
və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi.
Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin
iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-
iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik
bərqərar edilib. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi
təhlükəsindən xilas olub. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və
Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin
qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata
keçirilmişdir.
        Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən hər zaman
yüksək səviyyədə gəlib. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində
müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli
lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət
Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin
problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü.
        1993-2003-cü illər ərzində Ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş
struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o
cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb
etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına,
infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu Öndər
respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi
inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə zəmin yaratmışdır.

İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici
sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital
qoyuluşunun başlıca istiqamətini qeyri-neft sektorunun, regionların inkişafına yönəltmək,
habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata
keçirilib.
       Heydər Əliyev şəxsiyyəti həm də siyasi uzaqgörənliyi, fitri istedadı, müdrikliyi,
ölçülüb-biçilmiş qərarları, qətiyyətliyilə tanınırdı. Artıq bütün dünyada Heydər Əliyevin
fenomenallığı, siyasi iradəsi, dərin zəkası, geniş dünyagörüşü, milli maraqlara
əsaslanması, dözümü, nəzəriyyəyə istinad etməsində və bir çox digər məsələlərdə
sübut olunmuş faktdır.
       Ümummilli liderin ən böyük arzusu Azərbaycanı müstəqil və bütöv görmək idi, onun
əsas məqsədlərindən biri qısa zaman ərzində işğal edilmiş torpaqlarımızın azad
edilməsi idi. Elə bu səbəbdən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal
olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu öndər
olub. Onun hakimiyyət illərindən başlayaraq Ermənistan-Azərbaycan münaqişəsinin
beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll
edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrilib. Ulu öndər Heydər Əliyev bir çox
dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən
sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq
siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olub.Heydər
Əliyevin işğal altında olan torpaqlarımızın azadlığı arzusunu onun layiqli davamçısı
Prezident İlham Əliyev uğurla yerinə yetirdi.
Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri
olan tarixi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli
dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xatirəsi hər
birimizin qəlbində ən uca yerdədir, həmişə ehtiramla yad edilir.

Vəliyeva Südabə Eminağa qızı
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.27459597587585