İşğalın acı fəsadları
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın
törətdiyi kütləvi ekoloji terror və fəlakət ağlasığmaz dərəcədə
böyükdür. Qarabağ bölgəsini 30 ilə yaxın işğal altında saxlayan
ermənilər orada kütləvi yanğınlar törədib, meşəlikləri, xüsusi ağac
və bitki növlərini məhv edib, vəhşi heyvanları belə öldürməkdən
çəkinməyiblər. Erməni vandallarının törətdiyi ekoloji terror su
mənbələrimizin korlanmasına, flora və fauna sisteminin ciddi
məhvinə, meşələrimizin qırılmasına, regionun ekoloji tarazlığının
pozulmasına gətirib çıxarıb. Ərazilərimiz düşmən tapdağında
olduğu müddətdə tanınmaz hala salınıb, viran edilib, xarabalığa
çevrilib.
Ermənistan Qarabağ bölgəsində ekologiyanı məhv etməklə
bərabər, yeraltı və yerüstü sərvətlərimizi də talayıb. Kəlbəcər
rayonu işğal altında olduğu müddətdə ərazisindəki “İstisu” təbii
mineral suyu Ermənistanın “Cermuk” şirkətlər qrupu tərəfindən
qablaşdırılıb, üzərində Ermənistanın Cermuk yaşayış
məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə
kimyəvi tərkib haqqında saxta məlumatlar yazılmaqla, adıçəkilən
şirkətlər tərəfindən xarici ölkələrə satılıb.
“İşğaldan azad olunmuş Zəngilan rayonundakı Vejnəli, Kəlbəcər
rayonundakı Söyüdlü faydalı filiz yataqlarında Ermənistan
tərəfindən qanunsuz olaraq qızıl çıxarılıb, təbii sərvətlərimiz
mənimsənilib, ətraf ərazilər çirklənməyə məruz qoyulub”.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan torpaqları işğaldan
azad edildikdən sonra oradakı ekoloji vəziyyətin araşdırılması
məqsədi ilə həyata keçirilən monitorinqlərin nəticələrinə əsasən,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 31 beynəlxalq
təşkilata müraciət göndərilib. Ermənistanın silahlı təcavüzü,
işğalçılıq siyasəti nəticəsində Azərbaycana küllü miqdarda maddi,
mənəvi və ekoloji ziyan dəyib. Dəymiş ziyanın miqdarı
dəqiqləşdirilib, hesabatı aparıldıqdan sonra Ermənistanın vurduğu
ziyanla əlaqədar kompensasiyaya cəlb ediləcəyinə ümidvarıq.
Pirimov Səxavət.
Saatlı şəhər Bülbül adına UMM-nin tar müəllimi
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...