Ermənilər işğal etdikləri torpaqları “viran qoymaq” taktikasına əl atmışlar

21:39 26-05-2023 | icon 909
Ermənilər işğal etdikləri torpaqları “viran qoymaq” taktikasına əl atmışlar

Cari ilin 22 may tarixində cənab Prezident İlham Əliyev Litvada rəsmi səfəri
zamanı mətbuata bəyanat vermişdir. Bəyanat zamanı Cənab Prezident 90-cı illərin
əvvəllərində Ermənistanın tarixi Azərbaycan torpaqlarını işğal etməsindən və bunun
acı fəsadlarından danışaraq qeyd etmişdir ki, “Azərbaycan torpaqları uzun illər
ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal
nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən
20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o
cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb”.
1988-ci il fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin
separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın
ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin
Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara
qoşuldular. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına
başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular
kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın
mühasirə məngənəsi daraldı. Tələm-tələsik formalaşdırılmış Azərbaycan
könüllülərinin Daşaltı əməliyyatı uğursuz oldu. Erməni və sovet hərbi birləşmələri
fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri
Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Bu İkinci Dünya
müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə erməni
separatçıları-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin insanlığa qarşı
törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır.
Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam
edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-
cü ilin aprelində Kəlbəcər işğal olundu. Ermənistan Azərbaycana qarşı müharibəni
davam etdirərək 1993-cü ilin iyul-oktyabr ayları arasında Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarını işğal etdi.
Ermənilər işğal etdikləri torpaqları “viran qoymaq” taktikasına əl atmışdılar.
Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min
nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata
görə, erməni işğalçıları tərəfindən 4.852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın,
54 uşaq və 410 qoca əsir və girov götürülmüşdü. 1994-cü ilin mayında Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə atəşkəs əldə olunmuşdur.
Salahova Afət
Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbin İbtidai sinif müəllimi


Digər xəbərlər

0.29746103286743