Azərbaycan birinciliyində ikinci yarış günü arxada qaldı

21:46 26-05-2023 | icon 622
Azərbaycan birinciliyində ikinci yarış günü arxada qaldı

May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış günü arxada qalıb. Yarışda iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda - 150-yə yaxın gənc atlet qeydiyyatdan keçib.

İkinci yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar çıxıblar. Onlardan toplam 205 kq (91+114) nəticə göstərən Dəniz Cabbarlı qalib adını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı toplam 190 kq (85+105) nəticə ilə Kamran Xappayev, bürünc medalı isə toplam 174 kq (76+98) nəticə ilə Xəyyam Allahverdiyev qazanıblar.

61 kq çəki dərəcəsində isə toplam 212 kq (97+115) nəticə göstərən Amin Osmanov bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb. Sonrakı pillələri müvafiq olaraq, toplam 199 kq (90+109) nəticə ilə Orxan İmanova və toplam 198 kq (93+105) nəticə ilə Ramiz Kazımov tutublar.

Son olaraq körpücük üzərinə çəkisi 67 kq olan atletlər çıxıblar. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışma Akif Abdullayevin qələbəsiylə yekunlaşıb. O, toplam 230 kq (103+127) nəticə ilə çempion adına layiq görülüb. Gümüş medalı toplam 229 kq (104+125) nəticə göstərən Emil Quliyev əldə edib. Bürünc medalı isə toplam 203 kq (88+15) nəticə ilə Yunis Bayramov qazanıb.


Digər xəbərlər

0.24566292762756