Premyer Liqanı tərk edəcək komanda bəlli olur

10:36 27-05-2023 | icon 999
Premyer Liqanı tərk edəcək komanda bəlli olur

Bu gün Azərbaycan Premyer Liqasının 36-cı turuna start veriləcək.

Mövsümün son turunun ilk oyun günündə 3 görüş baş tutacaq.

“Sumqayıt” – “Zirə” və “Qəbələ” – “Kəpəz” matçları eyni saatda start götürəcək. Günün son matçında isə “Səbail” və “Şamaxı” komandaları üz-üzə gələcək. Hansı ki, bu oyunda elitanı tərk edəcək komandanın adına aydınlıq gələcək.

“Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək. 

 
 
 

Azərbaycan Premyer Liqası
XXXVI tur
27 may

“Sumqayıt” – “Zirə”  
“Kapital Bank Arena”, 17:30.

“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 17:30.

“Səbail” – “Şamaxı”
“ASCO Arena”, 20:00.


Digər xəbərlər

0.28120398521423