“Konyaspor” Mahir Emrelini transfer etmək istəyir

09:28 28-05-2023 | icon 746
“Konyaspor” Mahir Emrelini transfer etmək istəyir

Xorvatiyada gələn ay icarədən qayıdacaq “Dinamo”nun (Zaqreb) futbolçuları müzakirə edilərkən milli komandamızın hücumçusu Mahir Emreli də diqqət çəkib.

Xorvatiyalı həmkarlarımız “Konyaspor”un Emrelini transfer etmək istədiyini iddia edib:

 
 

“Ante Çaçiçin icarəyə göndərdiyi futbolçulardan biri də Mahir Emreli idi. Azərbaycanlı hücumçu daha çox oyun vaxtı qazanmaq istədiyi “Konyaspor”a yollandı. Türkiyə klubu onu təxminən 2 milyon avroya transfer etmək imkanı var. O, doqquz matçda bir qol vurub və Türkiyə klubu onu transfer etmək istəyir”.

Azərbaycan millisinin hücumçusunun Xorvatiya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.


Digər xəbərlər

0.28207993507385