AHİK sədri Səttar Möhbalıyev Avropa Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edib
Mayın 23-26 tarixində Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) qurultayı keçirilib.
Tədbirdə 400-ə yaxın nümayəndə iştirak edib. Ölkəmiz Qurultayda Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar
Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Öncə ev sahibi Almaniya Birləşmiş Həmkarlar İttifaqları Təşkilatının sədri
Yasmin Fahimi qonaqları salamlayaraq tədbiri açıq elan edib. O, çıxışında
dünyada gedən proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və onun
Avropaya təsiri, COVID-19-un sosial-iqtisadi sahədə törətdiyi fəsadlardan söz
açıb. Bildirib ki, Avropa İttifaqında bəzi qanunlarda dəyişikliklər aparılmalı, elə
iqtisadiyyat yaratmaq lazımdır ki, hamı bundan razı olsun. Bunun üçün də sosial
tərəfdaşlarla daha sıx və müştərək iş aparılmalıdır.
Sonra Almaniyanın Federal Kansleri Olaf Şolts, Avropa Parlamentinin vitse-
prezidenti Evelin Regner, Avropa İqtisadi və Sosial Komitəsinin prezidenti Oliver
Röpke və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen çıxış ediblər.
Qurultayda Ester Linç növbəti dəfə Avropa Həmkarlar İttifaqları
Konfederasiyasının Baş katibi seçilib.
Qeyd edək ki, Avropa Həmkarlar İttifaqları Konfederasiyası 41 ölkədə 45 milyon
işçini təmsil edir.
AHİK sədri Səttar Möhbalıyev Qurultay çərçivəsində Avropa Həmkarlar İttifaqları
Konfederasiyasının Baş katibi Ester Linç, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Gilbert F.Houngbo, Almaniya Birləşmiş Həmkarlar İttifaqları Təşkilatının sədri Yasmin Fahimi, Yunanıstan Ümumhəmkarlar İttifaqları
Konfederasiyasının sədri Giannis Panagopoulos və başqaları ilə görüşlər keçirib,
ikitərəfli münasibətlər müzakirə olunub.
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...